Əsas səhifəNəqliyyatMetroda gedişhaqqı qaldırılacaq? - AÇIQLAMA
PAYLAŞ

Metroda gedişhaqqı qaldırılacaq? - AÇIQLAMA

Nəqliyyat 28 May 2021 16:20 847

“Bakı Metropoliteni”ndə qiymət artımının olması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”. 

Bu barədə  “Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. 

O bildirib ki, bu səlahiyyət təmsil etdiyi quruma məxsus deyil: 

“Biz metroda gedişhaqqının artırılması ilə bağlı qərar verə bilmərik. Metroda gedişhaqqını Tarif Şurası müəyyənləşdirir. Biz isə bu barədə hələ ki, Tarif Şurasına müraciət etməmişik. Mayın 31-dən fəaliyyətini bərpa edəcək metro stansiyalarında gedişhaqqı əvvəlki qiymət olacaq. Metroda gedişhaqqının 97 qəpik olması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlar yalandır”.

 







Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020